"Ermənistan regionda artıq hansısa fiqur yox, "peşka"dır" - erməni politoloq

16:01 - 19 Sentyabr 2022 - SİYASƏT

Nensi Pelosinin Ermənistana səfərində iki məqsəd var.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər veri rki, bunu erməni politoloq Karen Koçaryan deyib.
Politoloq bildirir ki, birinci məqsəd seçki kampaniyası, ikincisi anti - Rusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyidir. O, indiki geosiyasi vəziyyəti şahmat taxtası ilə müqayisə edib:

"Ermənistan fiqurları hərəkət etdirmək qabiliyyətindən məhrumdur və hətta özü də fiqur deyil, “peşka”dır. Və özünüzdən bir "vəzir" yaratmağa ehtiyac yoxdur. Ermənistanın vəziyyəti kifayət qədər ağırdır, çünki məlum oldu ki, region geosiyasi oyunçuların və maraqların kəsişməsinə çevrilib və biz bu kəsişmənin mərkəzindəyik”.

koçaryan qeyd edir ki, sərhəddə vəziyyət Pelosinin gedişindən sonra gərginləşə bilər: "Biz vəziyyəti ayıq şəkildə dəyərləndirməli və hərbi əməliyyatların bərpası təhlükəsini düşünməli, ölkənin maraqlarını fövqəldövlətlər və tərəfdaşlarla müqayisə etməyə getməli, mövcud münasibətləri pozmamalıyıq.

Əgər strateji müttəfiq ümidləri doğrultmayıbsa və Türkiyənin Azərbaycana münasibətdə etdiyi kimi davranmayıbsa, bu o demək deyil ki, bütün əvvəlki münasibətlər pozulmalıdır”.

Xəbər xətti