Azad olunan ərazilərdə daha 201 mina aşkarlanıb

14:13 - 19 Sentyabr 2022 - MAQAZİN

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Ucnoqta.az-a bildirilib ki, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 58 piyada əleyhinə mina, 143 tank əleyhinə mina və 98 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 563 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti