Rusiya XİN-dən sərhəddəki təxribatla bağlı AÇIQLAMA

14:56 - 15 Sentyabr 2022 - SİYASƏT

"Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı Rusiya tərəfinin mövqeyi Rusiya XİN-in bəyanatında öz əksini tapıb". 

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Daha ətraflı mövqe isə Rusiya XİN-in dördüncü MDB departamentinin rəisi Denis Qonçarın müsahibəsində öz əksini tapıb. Təəssüflər olsun ki, atəşkəs haqqında birinci razılaşmadan sonra atışmalar olub. Dünən yeni razılıq əldə olundu. Ümid edirik ki, bu razılığa riayət olunacaq. Bir daha tərəfləri təmkinli olmağa və bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq”, - o deyib.

Xəbər xətti