Məxfi plan: "Rusiya Türkiyəyə qarşı bizə kömək etdi"

21:22 - 31 Avqust 2022 - SİYASƏT

Yunanıstanın Rusiyadan aldığı S-300 müdafiə sistemlərinin Türkiyənin döyüş təyyarələrinə təcavüzündən sonra yunan mediasından etiraf kimi açıqlama gəlib.

Ucnoqta.az Teleqraf.com-a istinadən xəbər verir ki, Yunanıstan mediası S-300-lərin gizli şəkildə Kritə daşınması prosesini gündəmə gətirib.
Aralıq dənizində Türkiyənin F-16 döyüş təyyarələrini bloklayan S-300-lərin ABŞ-ın istəyi ilə adaya göndərildiyi iddia edilib.

Məlumatda S-300-lərin təhvil verilməsi üçün gizli plan hazırlandığı bildirilib: “Sınaqlar bir NATO ölkəsində ruslar tərəfindən böyük məxfilik şəraitində keçirilməli idi”.

Planın 1999-cu ildən bəri işlədiyini bildirən yunan mənbələri Türkiyənin F-16-larla bölgədəki durumun fotoşəkillərini çəkməyə çalışdığını da iddia edib. Amma Rusiyanın yunanlar kömək etdiyi, sistemlərin təhvil verilməsi və yerləşdirilməsinin məxfilik şəraitində həyata keçirildiyini yazıb.

Xəbər xətti