"Separatizmə və onun arxasında dayanan güclərə növbəti zərbəni vurduq" - Politoloq

12:53 - 26 Avqust 2022 - SİYASƏT

"Laçından sonra hədəfimiz nə və hansı istiqamət olacaq?"

Ucnoqta.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bildirib ki, separatizmə və onun arxasında dayanan güclərə növbəti zərbəni vurduq:
"Ermənistana və erməni separatçılarına dəstək verən xarici güclərin də mövqeləri zəiflədi. Laçının qaytarılması o deməkdir ki, onlar da daxilən etiraf edirlər ki, bu bölgənin ermənilərə aidiyyatı yoxdur. Növbəti hədəflərimiz Şuşanın kəndlərinin, Xocalı qəsəbəsinin azad olunması, o cümlədən Xankəndi və ətrafında Azərbaycan qanunlarının işlənməsini təmin etmək olacaq. Yola çıxmışıqsa sona qədər getməliyik".

Xəbər xətti