Qubada da meşələr yanır - Video

17:55 - 18 Avqust 2022 - HADİSƏ

Xəbər verdiyimiz kimi, bir neçə gündür şimal bölgəsində - Şabran, Siyəzən, Xaçmaz və Qubada meşə yanğınları davam edir.

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə Quba rayonunda meşə yanğınlarını əks etdirən görüntülər yayılıb. Feysbuk istifadəçisi Murad Muradov tərəfindən paylaşılan videolarda yanğının Qubanın kəndlərinə yaxınlaşdığı görünür.

Görüntülərdən aydın olur ki, FHN-in helikopterləri ilə yanaşı kənd təsərrüfatı texnikası da yanğının söndürülməsinə cəlb olunub.

 

Xəbər xətti