İqtisadiyyat Nazirliyində yeni təyinat olub - FOTO

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu vəzifə Cavid Abdullayevə həvalə olunub.

O, bundan əvvəl Dövlət Turizm Agentliyinin (DTA) Beynəlxalq əlaqələr şöbəsinin xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri işləyib.

4SİM Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Mərkəz Azərbaycanla IV Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

 

Tarix
18 Avqust 2022 [17:47]
Müəllif
Üç nöqtə
2022-08-18 17:47:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin