Lənkəranda narkotik satan şəxslər saxlanıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən xəbərə görə, həmin tədbirlər nəticəsində ümumilikdə 4 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elçin Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E. Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı həmin evin zirzəmisindən 2 ədəd bağlamada ümumi çəkisi 4 kiloqram 215 qram heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşlarının əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 7 nəfər saxlanılıb. Onların hər birindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 4-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Tarix
18 Avqust 2022 [17:05]
Müəllif
Üç nöqtə
2022-08-18 17:05:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin