Qazinin icra hakimiyyətinin qarşısında intihara cəhdi ilə bağlı araşdırma başladı

14:52 - 18 Avqust 2022 - Xəbər

Samux sakininin icra hakimiyyətinin binasının önündə intihara cəhd etməsi faktı ilə bağlı araşdırma aparılır

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir.

Xəbər xətti