Azərbaycanda bu şəxslərin maaşı artıb

13:15 - 18 Avqust 2022 - Cəmiyyət

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artaraq 827.1 manat təşkil edib.

Ucnoqta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3535.3 manat, qeyri neft-qaz sektorunda 775.3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774.9 manat, özəl müəssisələrdə isə 886.9 manat olub.

Mədənçıxarma sənayesində (3400.3 manat), maliyyə və sığorta fəaliyyəti (2167.1 manat), peşə, elmi və texniki fəaliyyət (1390.4 manat), eləcə də informasiya və rabitə sahələrində (1353.4 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Xəbər xətti