Bakıda 16 yaşlı qız itkin düşüb

09:52 - 18 Avqust 2022 - HADİSƏ

Bakıda 16 yaşlı qız itkin düşüb.

Hadisə avqustun 16-da paytaxtın Nərimanov rayonu, Montin qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Əliyeva Xədicə Elnur qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır./report

Xəbər xətti