Sumqayıt sakini əmisioğlunu qətlə yetirdi

23:40 - 17 Avqust 2022 - HADİSƏ

Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

Hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib.

1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb.

36 yaşlı F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti