"Ağır oyun oldu. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik".
Ucnoqta.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyundan sonra bildirib.
O, müdafiədə oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib.
"Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçular bunu bacarmağa qadirdirlər", - deyə 50 yaşlı mütəxəssis vurğulayıb.
Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.