"Viktoriya"nın şanslarını nisbətən yüksək qiymətləndirirəm. "Şerif"də olduğu kimi, "Qarabağ"ın heyətində də 8-9 əcnəbi çıxış edir ki, onların bəziləri fərdi keyfiyyətləri yüksək olan futbolçulardır. Plzen təmsilçisi komanda işi ilə yenidən uğur qazana bilər. Hər şeyi oyun göstərəcək".
Bunu "Neftçi"nin sabiq futbolçusu Zdenek Folprext Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Çexiyalı yarımmüdafiəçi bildirib ki, qonaqları Azərbaycan paytaxtında yalnız matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu təəccübləndirə bilər: "Bu, olduqca qədim arenadır. Stadionda qaçış cığırları və elə də yaxşı olmayan paltardəyişmə otaqları var. Azərbaycan millisi Almaniyaya qarşı ev oyununu da burada keçirib. Azarkeşlər orada yaxşı atmosfer yarada bilirlər. Fikrimcə, matçın Respublika stadionuna salınmasının əsas səbəblərindən biri budur".
"Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.
Qeyd edək ki, Zdenek Folprext 2017-ci ildə icarə əsasında "Neftçi"də çıxış edib./report