Rusiyada “qəhrəman ana”lara 1 milyon rubl veriləcək

09:25 - 17 Avqust 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin “Qəhrəman ana” adının təsis edilməsi haqqında fərman imzalayıb.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, həmin ad 10 və daha çox uşaq dünyaya gətirən analara veriləcək. Eləcə də, onlara həvəsləndirici olaraq 1 milyon rubl (27 700 manat) da ödəniləcək.

Fərmanda qeyd edilir ki, “Qəhrəman ana” adı “Rusiya Federasiyası qəhrəmanı” və “Əmək qəhrəmanı” ilə yanaşı, ölkədə üç ali tituldan birinə çevrilir.///qafqazinfo

Xəbər xətti