“Mançester Yunayted”i almıram, bu bir zarafat idi” - İlon Mask (YENİLƏNİB)

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın alması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. Milyarder bunun sadəcə zarafat olduğunu vurğulayıb. 

Qeyd edək ki, İlon Mask daha əvvəl "Mançester Yunayted"i satın aldığını bildirmiş və bu barədə daha ətraflı məlumat verməmişdi.///report

07:48

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask "Mançester Yunayted" futbol klubunu satın alacağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İlon Mask tviter səhifəsində yazıb. "Aydın olmaq üçün: mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb. O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

Tarix
17 Avqust 2022 [09:55]
Müəllif
Üç nöqtə
2022-08-17 09:55:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin