Bakıdan Moskvaya uçan təyyarə texniki problem səbəbindən geri qayıtdı

08:48 - 14 Avqust 2022 - ÖLKƏ İÇİ

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

Xəbər xətti