Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Elnur Abbasovun ölüm səbəbi bilinib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Lent.az-a mərhum tələbənin yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, tələbə tikinti şirkətlərindən birində çalışırmış. Onun iş zamanı hündürlükdən yıxalaraq öldüyü bildirilir.
15:26
Azərbaycanlı tələbə Elnur Elxan oğlu Abbasov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilir ki, Elnur Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi olub. ///unikal