Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

Bakıda fəhlə faciəvi şəkildə ölüb

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

Nərimanov Rayon Prokurorluğundan Ucnoqta.az-a bildirilib ki, avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Tarix
13 Avqust 2022 [10:46]
Müəllif
Üç nöqtə
2022-08-13 10:46:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin