Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

Birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə verən erməni general öldü

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilib ki, onun ayaq damarlarında problemlər yaranmışdı, səhhəti pisləşdiyindən Belarusa aparılmışdı. 54 yaşlı keçmiş hərbçi İrəvanda ölüb.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Saroyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Kəlbəcər, Laçın, Zəngilan rayonlarının işğalında iştirak edən keçmiş deputat 2000-ci ildə general rütbəsi alıb.

O, Birinci Qarabağ müharibəsi zamanı hərbi əsirlərə və dinc azərbaycanlı sakinlərə qarşı xüsusi amansızlığı ilə seçilib. Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, onun da adı hallanır.///qafqazinfo

Tarix
13 Avqust 2022 [08:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-13 08:43:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin