"Çərşənbə axşamı final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim".
Bunu Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
58 yaşlı osetin məşqçi "Qarabağ"la oyundan düzgün dərs almalı olduqlarını bildirib: "Təəssüf ki, biz tapşırığın öhdəsindən gələ bilmədik və “Qarabağ” Budapeştdə layiqli qələbə qazandı. Təslim olmaq həmişə xoşagəlməzdir, lakin həyat davam edir. Biz daha güclü olmaq üçün düzgün dərslər almalıyıq".///report