Tovuzda baş verən yanğın söndürülüb - FOTO

23:38 - 10 Avqust 2022 - HADİSƏ

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23.27

"Tovuzdakı yarınstansiyada yanğına səbəb 6 kv-luq izolyasiyalı xətdə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub".

Bu barədə "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib"-deyə o bildirib


21:49

Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.

Hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub.

Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.


Xəbər xətti