Yeni il günü tanışını qətlə yetirən şəxsə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən Cavid Ataşzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Cavid Ataşzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 31-də saat 22 radələrində Binəqədi rayonu Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.///Apa

Tarix
10 Avqust 2022 [18:45]
Müəllif
Üç nöqtə
2022-08-10 18:45:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin