Bakının mərkəzində restoranda yanğın söndürülüb - FOTO (YENİLƏNİB)

Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunan əməkdaşları yanğının qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.///Apa

17:58

Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında yanğın başlayıb.


Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi üçün tədbir görülür.

Restoran işçiləri təxliyə olunub. Hadisənin restorandakı kondisionerlərdən birinin elektrik naqilin əriməsi səbəbindən baş verdiyi bildirilir.

Hadisə barədə FHN-in yaydığı məlumatda bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən restoranda yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Tarix
10 Avqust 2022 [18:25]
Müəllif
Üç nöqtə
2022-08-10 18:25:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin