Məşhur amerikalı aktrisa Amanda Seyfrid gündəmi sallayacaq açıqlama verib.
“Porter” jurnalına danışan 36 yaşlı aktrisa işini itirməmək üçün narahat olsa da bəzi səhnələr üçün soyunduğunu bildirib.
Aktyor “Əslində bunu niyə etdiyimi bilirəm. 19 yaşım var idi və heç kimi incitmək istəmirdim. Bəzi səhnələr üçün alt paltarım olmadan gəzirdim. İşimi itirmək istəmirdim. Səbəb də bu idi”, - o bildirib.
Oskar və Emmi mükafatlarına namizəd olan aktrisa özünə “19 yaşım var idi, alt paltarsız gəzirdim. Zarafat edirsən? Buna necə icazə verdim?” kimi ifadələrinin işlətdiyini vurğulayıb.
Seyfrid belə intim səhnələr üçün set koordinatorlarının tələb olunduğu, aktyorların sərbəst danışa bildiyi bir dövrdə olmaq istədiyini açıqlayıb.
///lent.az