“Bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tibb sahəsinin inkişafına xidmət edən 82 layihənin maliyyələşdirilməsinə 35,6 milyon manat güzəştli kredit verilib”.
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə paylaşım edib.
“Lənkəran şəhərində fəaliyyət göstərən “Avicenna Medical Center” MMC tibb fəaliyyətinin genişləndirilməsi məqsədilə 2021-ci ildə fonddan 190 min manat kredit əldə edib”, - deyə nazir qeyd edib.