Bakıda əl qumbarası aşkarlanıb - Foto

Bakıda əl qumbarası tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F1 əl qumbarası və onun UZRQM-2 tipli partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Tarix
10 Avqust 2022 [11:13]
Müəllif
Üç nöqtə
2022-08-10 11:13:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin