"Qarabağ" Vətənə qayıtdı

08:52 - 10 Avqust 2022 - Xəbər

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gələn “Qarabağ” komandası vətənə qayıdıb.

Ucnoqta.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, “Qarabağ” Macarıstan çempionunu 3:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının pley-off-una yüksəlib.

Qeyd edək ki, "köhlən atlar" növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq. "Qarabağ" ilk oyununu 18 avqustda evdə, cavab görüşünü isə 25 avqustda səfərdə keçirəcək.

Xəbər xətti