"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.
Ucnoqta.az xəbər verir ki, "köhlən atlar" növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
"Qarabağ" ilk oyununu 17 avqustda evdə, cavab görüşünü isə 23 avqustda səfərdə keçirəcək.