Avropada təbii qazın qiyməti cümə gününün bağlanış qiyməti ilə müqayisədə 1,6% artıb.
Ucnoqta.az xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2056,7 ABŞ dolları, ən yüksək qiymət 2 100 dolları təşkil edib.
Problemlər əsas tədarükçülər tərəfindən təklifin azlığı, Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması və Asiyada sıxılmış təbii qaza olan tələbin yüksək olması ilə əlaqələndirilir.