Ucnoqta.az
www.ucnoqta.az

Avropada qazın qiyməti bahalaşıb

14:52 - 8 Avqust 2022 tarixində dərc olunub.

Avropada təbii qazın qiyməti cümə gününün bağlanış qiyməti ilə müqayisədə 1,6% artıb.

Ucnoqta.az xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2056,7 ABŞ dolları, ən yüksək qiymət 2 100 dolları təşkil edib.

Problemlər əsas tədarükçülər tərəfindən təklifin azlığı, Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması və Asiyada sıxılmış təbii qaza olan tələbin yüksək olması ilə əlaqələndirilir.

Müəllif: