Beynəlxalq axtarışa verilən şəxs Gürcüstanda tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilib.

Bu barədə Baş Prokurorluqdan Ucnoqta.az-a daxil olan məlumatda bildirilib. Məlumata görə, Abşeron rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan Şükür oğlunun – qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Nurlan Bağırov avqustun 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Tarix
5 Avqust 2022 [17:03]
Müəllif
Üç nöqtə
2022-08-05 17:03:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin