Şahin Bağırov Səfər Mehdiyevin iki yaxın qohumunu İŞDƏN ÇIXARDI

17:34 - 4 Avqust 2022 - Xəbər

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin yaxın qohumları işdən çıxarılıb. 

Dövlət Gömrük Komitəsinin sədri vəzifəni müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə  "Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki,  Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur. 

Xəbər xətti