"Pandemiya yalanını sübut etmək üçün bütün ölkələrə “paroşok”lar tökürdülər"

12:32 - 4 Avqust 2022 - Müsahibə

Tanınmış həkim-psixiatr Abdulla Şıxlinski Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni oxucularımıza təqdim edirik:

– Abdulla doktor, pandemiyada insanlara onları qorxutmaqla təsir etməyə çalışdılar. Pandemiyadan irəli gələn bu qorxu insan psixikasında hansı iz buraxa bilir?

– Ümumiyyətlə, pandemiya insanlığa qarşı hibrid müharibəsi planı ilə elan olunub. Yəni, bir neçə faktorun təsiri nəticəsində aparılan müharibə… Bu plan çoxdan hazırlansa da, 2005-ci ildə təsdiq olunub. Pandemiyaya beynəlxalq maliyyə resursları tərəfindən nəzarət olunur. Dünyanın bu maliyyə resurslarına da “dib dövləti” deyilən bir təşkilat nəzarət edir.

– “Dib dövləti” nədir?

– Ona dünya pərdəarxası da deyirlər. “Dib dövləti”n nə olduğunu indi dəbdə olmayan marksizm-leninizm fəlsəfəsindən baxanda çox aydın başa düşmək olur. Bu haqda məşhur rusiyalı filosof, tarixçi-professor Andrey Fursovun da çox yaxşı çıxışları var. Marks deyirdi ki, kapitalizm özü sərbəst fəaliyyət göstərə bilən bir quruluş deyil, onun özü də idarə olunur. Məsələn, sosializm ideologiya ilə idarə olunurdu. Deyirdilər ki, kommunizm ideologiyası var və hamı bu idealların üzərində gedib dövlətə qulluq edirdi.

Amma kapitalizmdə pul və mal ideologiyasından başqa heç nə yoxdur. Kapitalizmin özü “dib dövlət”ləri tərəfindən idarə olunur. Bu gizli dövlətin adı və kimlər tərəfindən idarə olunduğu indiyə qədər məlum deyil. Bəzi milyarderlərin və oliqarxların adı hallanır, hansılar ki, əllərində maliyyə resursları var. İsveçrə, İngiltərə bankları, Dünya Bankı, eləcə də Ümumdünya Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatlarına “dib dövləti”nə nəzarət edir. O, istənilən vaxt dünyada krizis yaradır, dolların məzənnəsini endirib-qaldırır, əgər ona maraqlıdırsa, hətta müxtəlif inqilablar da edə bilir. Yadınızdadırsa, amerikalı milyarder Corc Soros “rəngli inqilablar” həyata keçirirdi. Bütün bu proseslər özbaşına olmur.

2005-ci ildə onlar çoxdan hazırladıqları və arzuladıqları dünya əhalisinin sayının azaldılması proyektini rəsmi təsdiq etdilər.

2020-ci ilin mart ayında pandemiya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adı ilə elan olundu. ÜST həmin vaxt Amerikanın maliyyələşdirməsindən məhrum olmuşdu. ABŞ-ın keçmiş prezidenti Donold Tramp ÜST-ü infeksion xəstəlikləri süni yaymaqla məşğul olduğunu əsas gətirərək təşkilatı günahkar çıxarmışdı. O vaxtı infeksion xəstəlikləri dünyada yox, yalnız Afrika ölkələrində yayılırdı. Bundan sonra da elan olunurdu ki, infeksion xəstəliyə qarşı vaksin var.

Artıq sübut olunub ki, ÜST-ün qazancı ancaq vaksin satmaqla əldə olunur. Maska taxmaq da ÜST-ün məsləhətidir. Halbuki bu təşkilat qanunverici orqan deyil, yalnız məsləhət və tövsiyə verə bilər. Amma o strukturlar həm ÜST-ə, həm də dünyanın bütün ölkələrinə əmr verdilər ki, ÜST-ün dediyi qanun kimi qəbul olunmalıdır. Bundan ölkələr boyun qaçıra bilməzdilər.

Hərçənd istisna hallar da var. Məsələn, Belarusiya, Türkmənistan bu qərarlara qoşulmadı. Bu gün də bu iki ölkədə pandemiya yoxdur. Türkmənistan prezidenti ölkədə koronovirus sözünü işlədəni məhkəməyə verəcəyini bəyan etmişdi. Bu necə pandemiyadır ki, bütün dünyada var, iki ölkədən başqa?..

Təbabət sübutlu elmdir. Pandemiya odur ki, dünyanın bütün ölkələrində epidemiya var. Epidemiya isə odur ki, əhalinin 5 faizi eyni xəstəliyə yoluxmuş olsun. Bu zaman ölkədə epidemiya elan olunur. Dünyanın bütün ölkələrində epidemiya yoxdursa, Türkmənistan, Belarusiya və Şimali Koreyada epidemiya müşahidə edilmirsə, bu, necə pandemiyadır?

Pandemiya elan etmək hüququ Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının səlahiyyətindədir. Amma assambleya bundan boyun qaçırdı, onda ÜST-ün sədri Tedros Adhanom Qebreyesus özü dünyada pandemiya elan etməli oldu. Onu da qeyd edim ki, Qebreyesusun çox qaranlıq keçmişi var…

Bir sözlə, bütün dünya bilir ki, pandemiya qeyri-qanuni elan olunmuş bir prosesdir.

– Əgər pandemiya yox idisə, bəs ölümlər?..

– Pandemiya elan olunandan sonra bu proyekti işlətmək lazım idi. Bunun üçün də proyekt icraçılarının kifayət qədər pulu var. Onlar hər ölkədə “COVID təbliğatçıları” deyilən adamlar tapdılar. Bu təbliğatçılar da əsasən həkimlər və jurnalistlərdən ibarətdir. Xüsusən televiziyalarda işləyən jurnalistləri nəzərdə tuturam. Buna informasiya ilə insanın psixikasını terror etmək deyirlər. İnsanları inandırdılar ki, bu cür xəstəlik var. Məlumdur, harada qorxu varsa, orada sakitlik var, heç kim müqavimət göstərə bilmir.

– Bu prosesdən insan psixikası hansı zədə aldı?

– Qeyd edim ki, həqiqi koronovirus xəstəlik törətmir. Pandemiya yalanını sübut etmək üçün dünyanın bütün ölkələrinə kimyəvi silah, yəni “paroşok”lar tökürdülər. Bu kimyəvi “paroşok”lar ağ ciyərlərə çökürdü. Bu zaman həkimlər “buzlu şüşə” sindromu, interstisial pnevmoniya kimi qondarma diaqnozları qoyurdular. Bunların hamısı kimyəvi maddələrin təsiri ilə əmələ gəlirdi.

Bayaqdan danışdıqlarımın hamısı psixoloji terrordur. Məsələn, mən danışıram, siz məni dinləyirsiz. Nə vaxtsa bu söhbəti yadınıza salanda “bir də belə şey ola bilər” düşüncəsi ilə qorxacaqsız. Obyektiv məlumatın özü də psixoloji terrordur. Ümumiyyətlə, qorxu naməlum obyekti olan bir hissdir.

Qorxu insan psixikasının emosiya sferasında olur. Çox vaxt insanda qorxu səbəbsiz yaranır. Məsələn, xəstələr gəlib deyir ki, qorxuram. Səbəbini soruşuruq, deyir özüm də bilmirəm. Deməli, obyekt məlum deyil. Buraya obyekti də calayanda psixikada xəstəlik əmələ gəlir. Buna süni yaradılmış psixoz deyirlər.

– Qorxu ilə həyəcanın fərqi nədir?

– Qorxu gələcəyə yönəlib. Məsələn, bu xəstəliyin yenə olacağından qorxuruq. Bu, gələcəyə yönəlmiş qorxudur. Həyəcan isə bu günə yönəlir. Təbiətinə görə həyəcan da qeyri-müəyyəndir. Əgər qorxu hər hansı bir obyekt tərəfindən müəyyənləşə bilirsə, həyəcan heç vaxt müəyyənləşmir. Bir fikri mental olaraq dəqiq qavrayandan sonra arxasınca həyəcan gəlir. İndi də deyirlər ki, meymunçiçəyi virusu yayılır. Təbii ki, bu da yalandı.

– Fakt xəstəlik var, koronovirusdan ölümlər olur. Yalan bunun hansı hissəsindədir?

– Bunu anlamaq bir qədər çətindir. Məsələn, mən əvvəlcə elan edirəm ki, bu konfeti bu oğlan gətirəcək. Amma konfet hələ yoxdur. Sonra da oğlana deyirəm ki, bizim konfetimiz yoxdur, get, bu konfetin üz qabığına oxşar bir kağız tap, içinə nə qoyursan qoy, gətir masanın üstünə. Biz deyəcəyik ki, açmayın, konfet zəhərlidir və ya keyfiyyətsizdir. Eynən pandemiya kimi, əvvəl koronavirus elan olundu, sonra yayıldı. Yenə də deyirəm, koronovirus xəstəlik törətmir.

– Bəs Çində, Pekində olanlar nə idi?

– Bunların hamısı xüsusi proqramlar hazırlanmış kompüter oyunudur. İstədikləri vaxt onun hamısını işə saldılar. Bir də baxırdıq ki, qadın getdiyi yerdə yıxılıb ölür. Yuxarıdan vertolyot uçur, aşağı elan edir ki, ay camaat, maska taxın, yoxsa öləcəksiniz. Polislər dayanıb insanları itələyir ki, bura keçmək olmaz, qırmızı xətdir. Bunların hamısı qlobal qüvvələr tərəfindən əvvəlcədən hazırlanmışdı. Loru dillə desək, diskdə olan proqramı 2020-ci ilin martında kompüterə qoyub bütün dünyaya ötürdülər.

– Bəs, xəstəliklərin sayı nəyin hesabına artırdı?

– Azərbaycanda TƏBİB strukturu pandemiyaları yola vermək üçün yaradılıb. Pandemiyalarsa bitməyəcək, həmişə davam edəcək. Ona görə də xüsusi təşkilat lazımdır ki, qadağalar qoysun. Bütün dünyada xüsusi seçilmiş həkim və jurnalistlərdən ibarət qruplar COVID-i təbliğ edirdi. Bu təbliğatçıların dediyi istənilən söz yalan olub, indi də elədir.

– Bu təbliğatda onların maraqları nədir?

– Bu şəxslərin hamısı qlobal qüvvələrdən pul alır. Halbuki ictimaiyyət o həkim və jurnalistləri xalqın mənafeyindən danışan kimi tanıyıb. Adları açıqlansa, onların təbliğatçı olduğuna heç kim inanmaz, şübhə ilə yanaşar. 2020-ci ilin martında COVID-i təbliğ edən bu komanda hazır idi. İnsanları panikaya salırdılar, qorxu isə intellekti aşağı salır, düşünmək qabiliyyətini blok edir. Sovet dövründə müdafiə etmiş həkimlər tanıyıram ki, hələ də pandemiyadan qorxur. Halbuki belə xəstəlik yoxdur…

– Hər halda virus yayılırsa, qorxu da realdır. Axı, insan xəstələnir…

– Bəli, bu, real qorxudur. O, intellekti sıfırlayır, insan həqiqəti öyrənə bilmir. Jurnalistə deyirsən ki, bu məlumatı verirsən, amma yalandır, səndən istifadə edirlər. O, etdiyi işin fərqində olmur, çünki beyni blokadadır və qorxu onu sarıb.

Bəli, bu, obyektivdir ki, müəyyən üsularla xəstəliyi yaydılar. Adı korornavirusdur, amma həqiqi koronovirus deyil. Amerikanın laboratoriyaları istənilən an həmin flakonları açıb buraxacaq havaya və xəstəlik yenə artacaq. Bunu hər dəqiqə gözləyirəm. Deyəndə ki, xəstəlik artdı, bunu təbii qarşılayaram, çünki o prosesin necə getdiyini bilirəm.

O ki gəldik nəticələrə, belə situasiyalarda insan bütün gün həyəcan içərisində olur və illər keçdikcə onun fəsadları başlayır. Bu zaman qorxunun ikinci məhvedici təsiri başlayır. Yəni insanda psixosomatik xəstəliklər əmələ gəlir. Psixika mənfi təsir nəticəsində bədəni məhv edir. Ürək-damar sistemi sıradan çıxır, hipertoniya, şəkərli diabet, mədə xorası kimi xəstəliklər baş qaldırır.

Koronavirus başlayan ərəfələrdə kod sözlər də yaymışdılar. Onlardan biri saturasiya idi. Kim deyirdi halım pisdir, təcili yardım tez gəlib saturasiyasın ölçürdü. 1993-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişəm, iki il də internatura keçmişəm, vərəm xəstəxanasında da 1 il həkim işləmişəm. Amma heç vaxt saturasiyanı yoxlamamışıq.

– Niyə?

– Çünki lazımsızdır. İstənilən siqaret çəkən adamın saturasiyasın ölçsək, aşağı olacaq. Saturasiyanı ölçüb insana deyirdilər ki, səndə COVID var, öləcəksən. Bunu sıravi biri desə, ona inanmazlar, amma həkim deyirsə, vəziyyət dəyişirdi. Xəstə gedir klinikaya həkim əvvəl onu rentgen edib buzlu şüşə diaqnozu qoyur. Sonra da saturasiyasını ölçüb tez oksigen balonuna qoşur.

Qorxu perspektiv planlar qurmaq üçün intellekti blokada edir. Bu zaman insan heç bir plan qura bilmir. Bunun ən dəhşətli nəticələrindən biri insanların narkotik maddələrə yönəlməsidir. İnsan güclü qorxuya tab gətirə bilmir, ürək döyüntüsü artır, iş qabiliyyətini itirir. Həkimə müraciət etsə və normal dərman qəbul etsə, bu yaxşıdır, amma getmirlər. Xüsusən gənclər həkimə getmirlər, narkotik maddələr qəbul etməyə başlayırlar.

Qorxu cavan orqanizmdə reproduktiv funksiyanı yox edir. Güclü qorxu cavan kişilərdə impotensiya, qadınlarda isə sonsuzluq yaradır.

– Mövzunu dəyişək. Hazırda ölkəmizdə ən sıx rast gəldiyiniz psixi xəstəliklər hansılardır, onun səbəbləri barədə nə deyə bilərsiz?

– Hazırda birinci yerdə posttravmatik stress pozğunluğu (PTSP) dayanır. Pandemiya nəticəsində insanlar güclü qorxu keçirdi. Tutaq ki, bir qadını kimsə zorlayıb, o, həmin anı unuda bilmir. Uzandığı yerdə, dayanacaqda avtobus gözlədiyi vaxt qığılcım kimi o adamın üzü qadının gözlərinin önünə gəlir. Bir növ fləşbek elementləri kimi.

Bu gün posttravmatik stress pozğunluğunun artmasının səbəbi yalançı pandemiyadır. Yalançı sözünü ona görə işlədirəm ki, tibbi kriteriyalarda pandemiya mövcud deyil.

İkinci yerdə narkomaniya, üçüncü yerdə isteriya və digər psixi xəstəliklər dayanır. Ən çox geniş yayılmış xəstəliklərdən biri isterik konversion sindromdur. Buna frustrasiya deyirik, insanın öz həyatı məqsədlərinə çatmasına maneçilik törədən real və xəyali maneələrlə üzləşdiyi zaman düşdüyü psixi vəziyyətdir.

Tutaq ki, insan hansısa layihəsini həyata keçirmək üçün bir idarəyə gedir, onun hər işi idealdır, amma ondan rüşvət istəyirlər. İnsan düşür frustrasiya vəziyyətinə. Bir işi etmək istəyəndə sizə bilərəkdən mane olurlar, uğursuzluq nəticədə isterik konversion sindrom yaradır. Baş, oynaq, qarın ağrıları artmağa başlayır. Yoxlayırsan ki, heç nə yoxdur, bunun səbəbi psixikadır.

Nəhayət, dördüncü yerdə uşaqlar arasında ağıl zəifliyi dayanır. Bunun da səbəbi qohum evlilikləridir.

Azərbaycanda “psixoloq” deyilən bir xidmət növü var. Psixoloqlar həkim deyil, onlar adamları aldadırlar. Onlar televiziyada çox bahalı reklamlar verərək özlərini tanıtdırırlar. Hesab edirəm ki, bu reklamları vermək olmaz. Televiziya bir psixoloqu çıxarıb təqdim edir ki, bu, həkimdir və o, sizin uşağınızı autizimdən müalicə edəcək.

Həmin psixoloqlar reklamın köməkliyi ilə özlərini insanlara həkim kimi təqdim edirlər. Xüsusən də ağıl zəifliyi ilə doğulmuş uşaqlara erkən autizim diaqnozu qoyulur. Hərçənd psixoloqun diaqnoz qoymaq hüququ yoxdur. Müalicə etmək və diaqnoz qoymaq hüququ yalnız həkimlərə məxsusdur. Belə bir biznes proyekt yaranıb. Onlar uşağı məşğələyə gətirməyi məsləhət görürlər və təbii ki, hər məşğələnin də öz qiyməti var. Pullarla bərabər zaman da gedir, amma o uşaqlar yaxşılaşmırlar.

Sonda valideyn gecikmiş halda həkimə müraciət etməli olur. Ağıl zəifliyi olan uşağı bir var 3 yaşında müalicə edəsən, bir də var 10 yaşında. Burada günah avam valideynlərdədir.

Ağıl zəifliyinin yayılmasının əsas günahkarları psixoloqlardır. Onlar pedaqoji institutu və digər universiteti bitirmiş mütəxəssislərdir və xəstələrlə işləmək hüquqları yoxdur. Bu xidməti dondurub yenidən Avropa standartlarına uyğun olaraq heyət yığmaq lazımdır.

– Ümumiyyətlə, psixoloq xidməti lazımdırmı?

– Bəlkə də nə vaxtsa Azərbaycanda bu xidmət lazım olacaq, amma indi yox. Birinci, psixoloji xidmətdən faydalanmaq üçün o xidmətin məğzini bilmək lazımdır. Bunu axıra qədər heç kim bilmir. Ona görə ki, Azərbaycanda kütləvi savadsızlıq var. İndi çalışan psixoloqlar qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurlar, antipsixiatr təbliğatı aparırlar. Narkomana deyir ki, həkimə getmə, özüm səni müalicə edəcəm. Sən kimsən müalicə edəsən?!

– Son illər dünyada, o cümlədən Azərbaycanda şizofreniya xəstəliyinin artdığı deyilir. Maraqlıdır, hansı xəstəliklər artır və insan psixikası onlara necə müqavimət göstərir?

– Fikrimcə, bu gün şizofreniya arxa plana keçib. 2019-cu ildə şizofreniya ölkəmizdə çox idi. Ona endogen xəstəliklər deyilir, əsasən irsən keçir. Şizofreniya kimi xəstəliklərin yaranmasının başlıca səbəbi qohum evliliyidir. Elə xəstəliklər var ki, orada irsiyyət az əhəmiyyət kəsb edir. Şizofreniya Azərbaycanda, Qafqazda, o cümlədən şərq ölkələrində ona görə çox olub ki, əmiqızı əmioğlu ilə, xalaoğlu xalaqızı ilə evlənir. Sadaladığım qohumluq əlaqələri tibbi baxımdan bacı-qardaş sayılır. Bacı-qardaşın və yaxın qan qohumlarının ailə qurması patalogiya hesab olunur. Buna insest deyirlər.

Ailə üzvləri, yaxud qan qohumları arasındakı seksual münasibət insest sayılır. Əmioğlu ilə əmiqızı cinsi əlaqəyə girə bilməz, çünki onlar bacı-qardaşdır.

Bundan əlavə, bipoliyar psixoz xəstəliyi də irsən keçir. İndi posttravmatik stress pozğunluğunluğu, reaktiv psixozlar və nevroatik vəziyyətlər ön plana keçib.

– Müasir şərtlər sosial şəbəkələr, tünlük, virtual münasibətlər insan psixologiyasına necə təsir edir?

– Rusiya psixoloqları “rəqəmsal ağıl zəifliyi” deyilən bir termin işlədirlər. İnsan gününün çoxunu sosial şəbəkələrdə keçirir, orada tanış olur, evlənir və ya ərə gedir. Bu, hər cəhətdən çox təhlükəli bir vəziyyətdir. İnsan faktiki olaraq könüllü özünü reallıqdan uzaqlaşdırır. Biz belə insanlara psixoz deyirik. Bizim kriteriyalara görə, psixozlar xəstəxanada yatmalıdırlar, çox ağır vəziyyətdir. Psixoz vəziyyətində olan insan reallığı qəbul edə bilmir və reallığın atributların rədd edir. Psixozla şizofreniyanın simptomları eynidir.

Bu, çox təhlükəli məsələdir. Günün əksər hissəsini sosial şəbəkələrdə keçirən insanlar reallıqdan uzaqlaşaraq özünə qapanır, kommunikasiyadan ləzzət almırlar.

Normal insan deyir ki, yeri gələndə konflikt, yeri gələndə məhəbbət situasiyasında olmalıyam. Amma sosial şəbəkədən asılı olanlar bu mühitdən özlərini uzaqlaşdırılar, çünki buna hazır deyillər.

– İnsanın kiçiklikdə yaşadığı hansısa travmatik hadisə yetkinlik yaşlara qədər təsirini saxlaya bilir. Yəni ağlımız kəsməmiş bu hadisənin təsirini yetkinlik yaşa qədər necə daşıya bilirik?

– Neyrofiziologiyada patoloji dominantlıq deyilən bir qanun var. Əgər uşağı böyüdüyü ailədə atası hər gün döyürsə, patoloji dominantlıq onun beynində qalır. Uşaq ona bu münasibəti göstərən insanların timsalında bütün dünyaya nifrət etməyə başlayır. Bizdə belə ailələr çoxdur. Deyirlər ki, qızı həmişə döymək lazımdır, birdən gedib namussuzluq edər. Bunlar boş söhbətlərdir. Əgər valideyn öz övladı ilə əlaqələri düzgün yaradıbsa, o uşaq istədiyi kimi olacaq.

Rusiyada yaşayan Andrey Çikatilo adlı qatil 52 insanı öldürdüyünə görə mühakimə olunurdu. Halbuki o özü 55 və daha artıq insanı qətlə yetirdiyini boynuna almışdı. Çikatilo həbs olunandan sonra danışırdı ki, uşaqlığında məhəbbət görməyib. Onun haqqında olan məlumatlara görə, 12 yaşına qədər gecələr sidik saxlaya bilmədiyi üçün anası tərəfindən döyülürmüş. Onun atası cəbhədə olduğu vaxtlar anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını görür.

Yəni uşaqlıqdan gün görməyən adamlar cəmiyyət üçün təhlükəlidir. Biz belə mühitdən psixikası zədələnmiş, frustrasiya vəziyyətinə düşmüş uşaqlar alırıq. Bu vəziyyət böyük adamlarda da yaranır. Bu uşaqlar kimlərəsə nifrət edərək böyüyürlər ki, buna da radiasiya edən (yayılan) nifrət deyirlər. Baxmayaraq ki, o uşağın bir nəfərlə konflikti olub, amma bütün insanlara nifrət etməyə başlayır. Aldığımız bu subyekt başlayır cəmiyyəti dağıtmağa.

– Deyək ki, 10-14 yaşlarda uşaq hansısa travma alıb. Travmanı necə zərərsizləşdirmək olar? Özünün və çevrəsinin köməyi ilə onu bu vəziyyətdən çıxarmaq mümkündürmü?

– Kimliyindən asılı olmayaraq ən ideal çıxış yolu insanın travma aldığı mühitdən uzaqlaşmasıdır. Azərbaycanda mental bağlılığa söykənən çox eybəcər qayda-qanunlar var. Qadın ailəsi tərəfindən təzyiqlərə məruz qalsa da, boşanmır. Millət nə deyər, uşaqlarım var və sair kimi əsassız arqumentlər gətirirlər…

Mühitdən uzaqlaşandan sonra insan oturub problemə kənardan baxır. Bu zaman insan öz səhvlərin görür və başlayır onun üzərində işləməyə.

Nəhayət, hər hansı bir psixoloqdansa, insanın təkbaşına keçirdiyi manipulyasiya yaxşıdır. İnsan problemlərini özü saf-çürük etməlidir. Yəni burada insan 3 mərhələ keçir.

– Doktor, son zamanların ən aktual problemi olan intiharlar mövzusuna da toxunmanızı istərdik. Müşahidələr göstərir ki, hər kateqoriyadan olan peşə sahibi özünə qəsd edə bilir. İnsanın içində bu tərz duyğuların olmasına səbəb nədir?

– Bütün sivil ölkələrdə intiharların statistikası olur. Azərbaycanda da yəqin ki, müəyyən strukturlarda belə bir statistika var, amma o məlumatlar əlçatan deyil.

Adətən intihar edənləri psixi xəstə adlandırırlar. Amma bu tendensiyanın əksinə gedərək deyirəm ki, intihar edənlərin 85 faizi tamamilə sağlam insanlardır. Bütün dövrlərdə belə olub, sağlam adamlar daha çox intihar edir. İntihar insanın son hayqırtısıdır, cəmiyyətə son çağırışı və son xahişidir. Xəstə insanlar bu məntiqi başa düşə bilməz.

Xəstələr içərisində intiharın səbəbləri bəllidir. Şizofreniyadır, ona əmr edirlər ki, get özünü at, o da buna əməl edir. Yaxud maniakal-depressiv psixoz vəziyyətindədir, əhval-ruhiyyəsi o qədər aşağıdır ki, yaşamaq istəmir.

Amma sağlam insanlar içərisində suisidin səbəbləri başqadır. Birinci, sosial ədalətsizlik. Bu, bütün ölkələrə xas haldır. Azərbaycan reallığında insanların pulsuz tibbi yardım almaq hüququ var. Amma heç kim deyə bilməz ki, bu hüquq 100 faiz obyektiv həyata keçirilir. Bu necə hüquqdur ki, kimlərsə televiziyalarda pul yığıb insanları müalicə etdirir?! Bəs dövlətin neft resurslarından əldə etdiyi gəlirlər hara gedir?!

İkinci, məmur özbaşınalığı, iqtisadi asılılıq. Bir insan idarəyə gedib problemini həll edə bilmir.

Üçüncü, 5G qüllələridir. Bu, çox aktual problemdir və bütün dünya bununla məşğuldur. Amma nədənsə Azərbaycanda xalqın adından danışan bəzi şəxslər çıxıb bunu inkar edirlər.

5G qüllələrini 2020-ci ilin yayında dünyanın hər yerində quraşdırılıb. Onlara “dib dövləti” nəzarət edir. Bu qüllələrin quraşdırıldığı ərazidə radiasiya elə səviyyəyə gəlib çıxır ki, yaxında olan insanın beyni yumurta kimi bişir. Maksimum 5 dəqiqədən sonra insanın gözü heç nəyi görmür. Beyin sıradan çıxdığı üçün göz də fəaliyyətini itirir. Bu, 10 il əvvəl Amerika alimləri tərəfindən sübut olunub. Yayılan radiasiya beyin damarlarının fəaliyyətini pozur, beyin ödemi əmələ gətirir və insanda əhval-ruhiyyəni kəskin endirir, kar həyəcan əmələ gətirir. Kar həyəcan fonunda insan özünü intihar edir.

Nəhayət, dördüncü mühüm səbəb narkotikdir. Hazırda sintetik narkotiklərin sayı həddən artıq artıb. “Patı” adı ilə məşhur olan metamfetamin əslində psixoz yaradan narkotikdir. Cavanlar gecə klublarında araq içirlər, üstündən amfetamin, onun üstündən metamfetamin qəbul edirlər, onun da üzərindən marixuana çəkirlər. Elmidə buna kəskin psixoz deyilir, bunların hamısı qarışır, insanda intihar etmək barədə fikirlər yaranır.

– KİV-də bu tip hadisələrin işıqlandırılması psixoloji sarsıntı keçirən insanları intihar etməyə sövq edə bilirmi?

– Bu, ağrılı problemdir. Azərbaycanda faktiki əhalinin xeyrinə işləyən və onu obyektiv məlumat verən televiziya və radio yoxdur. Onlardan fərqli olaraq əhaliyə obyektiv məlumat verən kifayət qədər onlayn mediada resursları var. Televiziya və radiodan yayılan məlumatlar insanların psixikasına çox pis təsir göstərir. Yalan məlumatlar və reklamlar insanı tamam başqa istiqamətə yönəldir.

Televiziyanın əsas funksiyası obyektiv məlumatı insanlara çatdırmaq, eləcə də müəyyən verilişləri və kinoları nümayiş etdirməkdir. Hazırda televiziya faktiki olaraq reklam agentliyi işi ilə məşğuldur.

– İnancın insan psixikasına təsiri ilə bağlı müxtəlif fikirlər var. Bəziləri deyir ki, dinin insana psixoterapevtik köməyi var. Psixiatriya ilə məşğul olan həkim kimi sizin obyektiv fikrinizi bilmək istərdik. Allaha inancın, eləcə də ateizmin psixikaya hansı təsiri olur?

– Hər bir inam insanın müəyyən daxili tələblərinə əsaslanır. Dindar deyiləm, amma dini böyük mədəniyyət hesab edirəm. Çünki dünyada heç bir mədəniyyət olmayanda birinci din olub və insanları birləşdirib. O vaxt dinlər olmasaydı insanlar bir-birini öldürərdi. Qanun, hüquq mühafizə orqanları yox idi, insanlar ancaq Allah xofuna riayət edirdilər.

Ümumiyyətlə, bir şeyə inanmağın insan psixikasına çox böyük təsiri var. Lakin bu təsir mənfi də ola bilər, müsbət də. Əgər insan dinə ürəkdən inanırsa, onun əməlləri ilə inamı üst-üstə düşürsə, bəli, inam psixikaya çox yaxşı təsir göstərə bilər. Biri də var, insan özünü dindar kimi göstərir, əslində isə gedib narkotik satır və başqa çirkin işlərlə məşğul olur. O, dindən özünü başqalarından fərqləndirən alət kimi istifadə edir, bu zaman onun psixikası çox zərər çəkir. Əməli ilə inamı üst-üstə düşən həqiqi dindar pis şəraitə düşəndə təmkinli olub vəziyyətdən çıxa bilir.

Bir sözlə, daxildən gələn səmimi inam insan mənəviyyatına və psixikasına müsbət təsir göstərir.

Ateizmin özü də bir dindir. Bəzi ateistlər var ki, onlar deyirlər, Allah bizim daxilimizdədir. Bu da bir inamdır. Ümumiyyətlə, inamlar standart deyil. Əsas inamın nə dərəcədə səmimi olmasıdır.

Xəbər xətti