DSX Gürcüstan DİN-ə başsağlığı verib

15:44 - 30 İyul 2022 - Xəbər

İyul ayının 29-da Gürcüstanın Qudauri bölgəsində Daxili İşlər Nazirliyinin sərhəd polisinə məxsus heliko­pterin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən Gürcüstanın Daxili İşlər Nazirliyinə başsağlığı verilib.

Bu barədə Ucnoqta.az-a DSX-dən məlumat verilib.

DSX qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına səbir və dözüm diləkləri ifadə edib.

 

Xəbər xətti