Biləsuvar rayonu, Xırmandalı kənd xəstəxanasına baş həkim təyin edilib.
Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Müvafiq əmrlə bu vəzifəyə Yaşar Abasov təyin edilib.
Qeyd edək ki, Y. Abasov bu təyinata qədər həmin xəstəxanada pediatr kimi çalışıb.