Prezident Baş prokurorla bağlı sərəncam imzaladı

16:17 - 29 İyul 2022 - Xəbər

Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamında dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilir.

İndiyə qədər Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin aylıq vəzifə maaşı həcmində müəyyən edilmişdi.

Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevdir.

Xəbər xətti