""Ferentsvaroş" 100 faiz "Qarabağ"a qalib gələcək" - Ponomaryov

12:31 - 29 İyul 2022 - Xəbər

"Stanislav Çerçesovun komandası cütün qalibi olacaq".

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın MOİK klubunun sabiq futbolçusu Vladimir Ponomaryov "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları ilə bağlı danışarkən deyib.

82 yaşlı keçmiş müdafiəçi Macarıstan təmsilçisinin mərhələ adlayacağına 100 faiz əmin olduğunu bildirib: "Çünki komanda Macarıstan çempionatının lideridir və orada güclü çempionat var".

Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.///report

Xəbər xətti