Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş leytenantı Cavid Məmmədov vəzifəsindən azad edilərək, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinə rəis təyin olunub.///oxu.az