AMEA-nın üç qurumu Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

18:16 - 28 İyul 2022 - Xəbər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.

Xəbər xətti