Azərbaycan mobil internetin qiymətinə görə 233 ölkə arasında 122-cidir

11:04 - 28 İyul 2022 - DİGƏR

Azərbaycan mobil internetin qiymətinə görə dünyada 122-ci yerdə qərarlaşıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın cable.co.uk portalının apardığı araşdırmaların nəticələrindən məlum olub.

Qeyd edək ki, portalın hesabatında ümumiyyətlə 233 ölkənin mobil operatorları tərəfindən təklif olunan 5 mindən çox tarif planı təhlil edilib.

Belə ki, Azərbaycan istifadəçilərinə 1GB mobil internetin trafiki orta hesabla 1,76 ABŞ dollarına başa gəlir. Bu, bir il öncəki göstəricidən 3,3% azdır. Dünyada mobil internetin ən ucuz olduğu ölkələrin ilk üçlüyünə İsrail (0,04 dollar), İtaliya (0,12 dollar) və San-Marino (0,14 dollar) daxil olub. Ən bahalı internet isə Müqəddəs Yelena, Folklend və Sao Tome və Prinsipidə olub ki, bu ölkələrdə 1 GB internetin qiyməti müvafiq olaraq 41,06 dollar, 38,45 dollar və 29,49 dollar təşkil edir.

Qeyd edək ki, bu ölkələrin üçü də ada ölkələridir.

Xəbər xətti