"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub.
Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gələcək.
Macarıstan komandası "Slovan" (Bratislava) komandasına 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
III təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.