İsrail səfirindən məşhur kitabla bağlı kampaniya – VİDEO

20:21 - 27 İyul 2022 - Xəbər

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” kitabını əldə edə bilməyənlər üçün hədiyyə kampaniyasına start verib.

Səfirin sözlərinə görə, kampaniya çərçivəsində 20 kitabın istifadəçilərə verilməsi planlaşdırılır.

Bunun üçün sadəcə kağız üzərində “I Love The Mysterious Tales of Tabriz” yazmaq, onu sosial media səhifələrində paylaşmaq, #mysterioustalesoftabriz həştəqini əlavə etmək və diplomatın səhifəsini işarələmək lazımdır.

Bunu edən ilk 20 nəfər kampaniyanın qalibi hesab olunacaq və səfirlikdən kitab hədiyyəsi qazanacaq.///oxu.az

Xəbər xətti