Vilayət Eyvazov polkovnik-leytenantı rəis təyin etdi

14:01 - 27 İyul 2022 - Xəbər

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə rəis vəzifəsinə təyin edilib.

O bu təyinata qədər həmin bölmənin rəis müavini vəzifəsində çalışıb.///oxu.az

Xəbər xətti