Hacıqabulda qarpız dolu yük maşını aşdı - Video

13:27 - 26 İyul 2022 - HADİSƏ

Hacıqabulda yük maşını qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində “Ford” markalı yük avtomobili aşıb. Nəticədə maşının yük yerində olan qarpız-yemiş ətrafa dağılıb. Həmçinin müxtəlif dərəcəli xəsarətlər alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər gələnə kimi yoldan keçən vətəndaşlar həmin sürücüyə kömək etməyə çalışıb. Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Xəbər xətti