Ağalıya qayıdan qadının ürəyi partlayıb öldü

22:04 - 24 İyul 2022 - Xəbər

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması zamanı bədbəxt hadisə baş verib. 

Ucnoqta.az Yenisabah.az-a istinadən xəbər verir ki, köç prosesi zamanı Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib.

K.Sultanovanın 57 yaşı olub.

O, doğma kəndində torpağa tapşırılıb. 

Xəbər xətti