Bu gün şəhid polkovnik-leytenantın anım günüdür

11:26 - 24 İyul 2022 - Cəmiyyət

Bu gün şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin şəhadətə qovuşduğu gündür.

Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. 
Polkovnik-leytenantın iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. 
Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, avqustun 20-si isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.
21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib.

Xəbər xətti