Dünyanın ən seksual futbolçusu: “Ayaqlarımı kremlə yağlayıram ki...”

20:26 - 23 İyul 2022 - MARAQLI

Xorvatiyanın qadınlardan ibarət milli komandasının futbolçusu Ana Mariya Markoviç oyunlardan əvvəl özünə necə qulluq etdiyini açıqlayıb.

Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, “Qrasshopper”in 22 yaşlı hücumçusu gözəlliyini yaşıl meydanlarda da nümayiş etdirmək istəyini gizlətməyib.

Dünyanın ən seksual futbolçusu xüsusi kremlərdən istifadə etdiyini deyib: “Matç zamanı gözəlliyimə hakim ola bilməyəcəyim aydındır. Lakin start fitindən əvvəl həmişə saçlarımı qaydasına salıram, həmçinin ayaqlarımı kremlə yağlayıram ki, parlasın”.

Qeyd edək ki, Ana Mariya Markoviç 2019-cu ildən “Qrasshopper”də çıxış edir. Hücumçu 2021-ci ildən çağırıldığı Xorvatiya yığmasında keçirdiyi 5 oyunda 1 qol vurub.

Xəbər xətti