Sabahın hava proqnozu AÇIQLANDI

12:08 - 23 İyul 2022 - Xəbər

İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 30-32, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 16-20 dərəcə isti olacaq.

 

Xəbər xətti