Azərbaycanda “Əməkdar jurnalist” kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslərin sayı açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Bildirilib ki, 245 nəfər jurnalist “Əməkdar jurnalist” kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır.
Qeyd edək ki, "Əməkdar jurnalist" fəxri adına görə təqaüdün məbləği 100 manatdır.